Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İnternetsiz həyat yoxdur" - əhalinin yarısı belə düşünür

İnternet həyatımızın ayrılmaz parçasına çevrilib. Ruslar da belə düşünür.

Bizimyol.info xəbər verir ki, “VSİOM” agentliyinin keçirdiyi sorğuya görə, rusların 48 faizi həyatını internetsiz təsəvvür etmir. Təbii ki, söhbət respondentlərdən gedir.

Moskva Moskva / Foto: Pixabay.com

Agentlik məsələyə başqa rakursdan da yanaşıb: “İstifadəçilərin yarısını internetin yoxluğu panikaya salmır”. Yəni 48 faizi müsbət göstərici sayırlar.

Fikri soruşulanların 24 faizi deyib ki, həyatında internetsiz heç nə dəyişməzdi. Respondentlərin 27 faizi təsirin çox zəif ola biləcəyini söyləyib.

Statistika nikbinliyə bir o qədər əsas vermir. İki il əvvəl internetsiz həyatını təsəvvür etməyənlərin faizi daha aşağı idi. 2017-ci ildə respondentlərin 32 faizi belə fikir bildirmişdi.

Son xəbərlər
Bütün xəbərlər »