Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təyyarə qəzası ilə bağlı matəm elan edildi - Video

Moskvadan Murmanska uçan "Aeroflot" şirkətinə məxsus "SSJ-199" sərnişin təyyarəsində baş verən qəza nəticəsində 41 nəfər həlak olub.

AzərTAC xəbər verir ki, faciə ilə əlaqədar Murmansk vilayətində üç günlük matəm elan edilib. Bu gün səhər saatlarında "Şeremetyevo" aeroportundan Moskva-Murmansk marşrutu ilə uçuşlar bərpa olunub.

Qəzada yaralanan 6 nəfərdən üçünün vəziyyəti ağır qiymətləndirilir. Rusiya səhiyyə naziri V.Skvortsovanın sözlərinə görə, onların əksəriyyətinə nəfəs yollarının yanığı diaqnozu qoyulub.

Hadisə zamanı həlak olanların arasında Los-Ancelesdən tranzitlə uçan Amerika vətəndaşı Ceremi Bruks adlı şəxsin olduğu bildirilir. ABŞ Dövlət departamenti hələlik xəbəri təsdiqləməyib.

Son xəbərlər
Bütün xəbərlər »