Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ronaldo: “Çox adam mənim səhvimi gözləyir”

Kriştiano Ronaldo İtaliya çempionatının bu mövsümündə qollarının sayını 21-ə çatdırıb. Portuqaliyalı ulduz A seriyasının bombardiri olmağa yaxındır.

Bizimyol.info xəbər verir ki, Ronaldo karyerası haqda danışıb. “Yuventus”un futbolçusu əvvəlcə “Real” dönəmindən söz açıb: “İspaniyada mənimlə yaxşı davranırdılar. Bunu heç vaxt unutmaram. Başımı dik tutmağa çalışıram. Madriddə azarkeşlər məni sevir. “Real”ın fanatları məni küçədə saxlayıb, kluba qayıtmağı xahiş edir. Bunu eşitmək mənə gerçəkdən də xoşdur”.

Portuqaliya milli komandasının lideri hələ çox uğur qazanacağına inanır: “Məni tənqid edənlər də çoxdur. Deyirlər ki, mən yüksək səviyyədə oyun göstərmək üçün çox qocayam. Amma mən onları təəccübləndirmək fikrindəyəm. Bir də mənə heç vaxt pul problemi olmayan adam kimi yanaşırlar. İnsanlar düşünür ki, pul bütün problemləri həll edir. Kriştiano milyonlar qazanarkən necə kədərli ola bilər! Bilirəm, çox adam mənim səhvimi gözləyir. Məsələn, həlledici matcda penaltidən qolu əldən verim. Başa düşürəm, bu, həyatın bir hissəsidir. Buna özümü çoxdan hazırlamışam”.

Son xəbərlər
Bütün xəbərlər »