Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"YouTube"da rekord qıran azərbaycanlılar Rusiyanın ən reytinqli verlişində - Foto. Video

Məşhur azərbaycanlı HammAli & Navai dueti ilk dəfə Rusiyanın "Birinci kanal"ının ən reytinqli verlişi olan "Veçerniy Urqant"ın qonağı olub.

Sputnik Azərbaycan bildirir ki, ifaçıların iştirak etdiyi verilişin çarxı layihəsi "YouTube" sosial şəbəkəsindəki rəsmi saytında yayımlanıb.

Onlar verlişin aparıcısı İvan Urqant tərəfindən musiqili qonaqlar kimi şouya dəvət alıblar. Müğənnilər özlərinin "Notlar" hitini ifa ediblər. Artistləri təqdim edən Urqant HammAli & Navaini möhtəşəm duet adlandırıb və onların inanılmaz populyar olduqlarını deyib.

HammAli & Navai dueti HammAli & Navai dueti

Reperlər HammAli (Aleksandr Əliyev) və Navai (Nəvai Bəkirov) hazırda bütün postsovet məkanında məşhurdurlar. Onlar Azərbaycanda doğulsalar da, Rusiyada yaşayıb işləyirlər.

Bu musiqiçilər geniş ictimaiyyət qarşısına 2017-ci ildə çıxıblar. Onların ilk hiti "Tı moya ximiya" (Sən mənim kimyamsan) olub və Rusiyada ən çox dinlənən mahnıların Top 20-liyinə düşüb.

Onların axırıncı hiti olan "Pustiti menya na tanspol" (Məni rəqs meydançasına buraxın) "YouTube"da 90 milyondan çox baxış toplayıb. Verilişdə ifa etdikləri "Notlar"ı isə 66 milyonadək internet istifadəçisi dinləyib.

Qeyd edək ki, HammAli & Navai "YouTube"da ən çox baxış toplayan azərbaycanlı müğənnilərdir.

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Qarında artıq yağ qatlarından necə qurtulmaq olar...
››› Bəzi məhdudiyyətlər yumşaldılıb - Həftəsonu ictimai nəqliyyat işləyəcək
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Səfəvi səfillər
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
Son xəbərlər
Bütün xəbərlər »