Klubun saytının yaydığı xəbərə görə, sözügedən oyunçular matç üçün heyətə daxil edilməyib. Ötən turda çempionluğu rəsmiləşdirən komandanın baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının yarımfinalında "Liverpul"la cavab oyunu öncəsi onlara istirahət vermək qərarına gəlib.
Qeyd edək ki, "Selta" - "Barselona" görüşü bu gün Bakı vaxtı ilə 22:45-də başlayacaq.(qol.az)