Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hərbçi vulkana düşdü, sağ qaldı - Foto
Havay adalarında amerikalı əsgər dünyanın ən fəal vulkanlarından birinə düşərək ağır yaralanıb.

Bu haqda Havay Vulkanları Milli Parkının (Hawaii Volcanoes National Park) rəsmisi məlumat yayıb.

Onu xilas etmiş reyncerlərin dediyinə görə, 32 yaşlı hərbçi, Kileauea vulkanını yaxından seyr etmək istəyən zaman təhlükəsizlik məqsədilə qoyulmuş dəmir çəpəri aşıb. Həddindən artıq yaxınlaşdığından ayağının altındakı torpaq sürüşüb və nəticədə 21 metr dərinlikdə vulkan çıxıntısının kənarına düşüb.

Bəxti onda gətirib ki, vulkanın kraterinə yuvarlanmayıb. Əks təqdirdə oradan heç cür sağ çıxa bilməzdi.

Xilasedicilər onu kəndirlərin köməyi ilə yuxarı qaldırıb, sonradan zərərçəkən Müdafiə Nazirliyinin helikopteri ilə Hilo Medical Center xəstəxanasına təxliyyə olunub. Reanimasiyada olan hərbçinin vəziyyəti ağır olsa da sabitdir.(oxu.az)

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Qonşu ölkələrin ərazi bütövlüyü hər şeydən vacibdir” - İran XİN
Son xəbərlər
Bütün xəbərlər »