Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Türkiyəyə “Su-57” satmaq istəyir
Türkiyə beşinci nəsil “Su-57” qıcılarının alınması ilə maraqlansa, Rusiya tərəfi onları tədarük etməyə hazırdır.

“Ahaber”in məlumatına görə, bunu “Rostex” dövlət korporasiyasının baş direktoru Sergey Çemezov bildirib.

“Türkiyə tərəfdən istehsalın lokallaşdırılması və ya rusiya texnologiyalarının transferi ilə bağlı təklif gəlsə, onu böyük məmnuniyyətlə nəzərdən keçirəcəyik. Qalan məsələlər tərəflər arasında aparılan danışıqların əsasında razılaşdırıla bilər”, - deyə baş direktor bildirib.

Onun sözlərinə görə, “Su-57”nin ixracına icazə verən sənədlər artıq razılaşdırılıb.

Qeyd edək ki, “Suxoy” Su-57 (rus. Сухой Су-57) (T-50 PAK FA, Т-50, И-21) - Rusiya çoxyönümlü 5-ci nəsil qırıcı təyyarəsidir. “Suxoy” birləşmiş konstruktor bürosu tərəfindən layihələndirilib, Т-50 şərti adı altında tanınır.

Əsas üstünlüyü radara görünməməsidir. Bu təyyarə Rusiya HHQ-lərindəki Su-27 və MiQ-29-ları əvəz etmək üçün hazırlanıb. Əsas rəqibləri Amerika F-22 və F-35 təyyarələri olan T-50 ilk uçuşunu 29 yanvar 2010-cu ildə edib. Rusiya bu təyyarələrdən 1000 ədəd istehsal etməyi planlaşdırır.

“Su-57” qırıcısı qanadları altında daşıdığı “hava-hava” sinfindən olan raketlərinin uzaq məsafələrdəki hədəfləri vurmasından ötrü maksimal kinetik enerji ilə təmin edilib və o, öz konstruksiyanın gücünə əsasən, həm yüksək sürətlə, həm də ki daha hündürdən uça bilər.

“Su-57” birinci uçuşu 2010-cu il yanvarın 29-da Komsomolsk Amurda olub. Qırıcının ixracat versiyasının istehsalına 2020-ci ildə başlanması nəzərdə tutulub.(oxu.az)

Paylaş »
››› Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› Bakını yağış suları aparır: 14 il də dözün, düzələcək...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
››› Şəhid bacısı ürəkləri dağladı: “Minlərlə can qurban”dan ikisi can parçam oldu”
››› “Əks-hücumu dayandırsaydıq, Qarabağın işğalı daha 30 il davam edəcəkdi”
Son xəbərlər
Bütün xəbərlər »