Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yer kürəsinə su kosmosdan gəlib

Yer kürəsində su haradan peyda olub? Alimlər uzun müddətdir bu sual üzərində baş sındırır.

Bizimyol.info xəbər verir ki, daha çox iki versiya populyardır. Ya asteroidlər gətirib, ya da mineralların “əməyinin” məhsuludur.

Zamanla alimlər hər iki versiyanın xeyrinə və əleyhinə arqumentləri müzakirə edib. İndi kosmik variant daha inandırıcı görünməyə başlayıb. Çünki İtokava asteroidində xeyli su aşkarlanıb.

Şəlalə

Alimlərin məntiqi belədir: Milyard illərlə Yer kürəsi ilə asteroidlər toqquşub. Bir asteroiddə bu qədər su varsa, bu illər ərzində planetdə okean formalaşması təbiidir. Hesab edirlər ki, dünya okeanının suyunun yarısı asteriodlərin payına düşür.

İtokava hələ ki tərkibi tam öyrənilmiş yeganə asteroiddir. Bu göy cisminin nümunələrini Yerə 2010-cu ildə yaponların “Hayabusa” zondu gətirmişdi. İtokavanın tərkibində xeyli miqdarda mineral var.

Son xəbərlər
Bütün xəbərlər »