Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb - Video

Bakının Səbail rayonunda 3 avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yol qəzası Səbail rayonunun Bayıl qəsəbəsində baş verib.

Şahin Muradov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yol hərəkəti qaydasını pozaraq “qəfil dönmə” əməliyyatı edib. Bu zaman Qadir Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobil “VAZ 2107” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Zərbənin təsirindən “VAZ 2107” markalı maşında olan 2007-ci il təvəllüdlü Zöhrə Muradlı yan şüşədən çıxaraq arxadan gələn “Toyota” markalı avtomobilə çırpılıb.

“Hyundai” isə Dənizkənarı Bulvarının hasarına dəyərək dayanıb.

Qəza nəticəsində “VAZ”-da olan sürücü Ş.Muradov, onun qardaşı sərnişin 2009-cu il təvəllüdlü Məhəmməd Muradov və bacısı Z.Muradlı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

“Hyundai” markalı avtomobilin sürücü Q.Məmmədov və onun anası (hələlik şəxsiyyəti bilinmir) yüngül bədən xəsarətləri alıb.

1 saylı Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, yaralılardan Z.Muradlının vəziyyəti ağırdır.

Baş vermiş hadisə ilə əlaqədar əraziyə Yol Patrul Xidməti və Səbail rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

ONA

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› Məhkəmə Robert Koçaryanı Moskvaya buraxmadı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
Son xəbərlər
Bütün xəbərlər »