Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amsterdamda benzin və dizellə işləyən avtomobillər qadağan edilir

Amsterdam şəhər hökuməti 2030-cu ilədək benzin və dizellə işləyən avtomobil və motosikletlərdən istifadəni qadağan edir.

“Qafqazinfo” xəbər verir ki, qərarın qəbul edilməsində məqsəd ətraf mühitin çirklənməsinə qarşı mübarizə aparmaqdır. Belə ki, Niderland Amsterdam və Rotterdamdakı avtomobillərin sayına görə Avropada havası ən çox çirkli olan ölkə hesab edilir.

Benzin və dizellə işləyən maşınların yerinə, elektriklə işləyən avtomobillərdən istifadə olunacaq.

Şəhər hökuməti əvvəlcə buraxılış ili 2005-ci ilədək olan avtomobillərin 2020-ci ilədək qadağasını nəzərdə tutur.

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Bakı əhalisinin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
››› Azərbaycanda təhsil müəssisəsində növbəli iş rejimi tələbi ləğv edilib
Son xəbərlər
Bütün xəbərlər »