Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir müavini meşədə istirahət edənlərə çağırış etdi

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan bütün balıqartırma zavodları özəlləşdirməyə açıq elan olunacaq. Artıq bununla bağlı Nazirlər Kabineti və Dövlət Əmlak Komitəsi ilə lazım olan yazışmalar aparılır. Bununla bağlı yaxşı, maraqlı təklifləri, biznes planları olanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edə bilərlər”.

Bizimyol.info xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

O, deyib ki, təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına riayət etmək hər bir vətəndaşın borcudur: “Meşələrin məhvinə səbəb olan yanğınların qarşısını vaxtında almaq və meşələrimizin yanğın təhlükəsizliyini təmin etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən zəruri profilaktik və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Tədbirlər Planı təsdiq edilib. Plana uyğun olaraq may ayından etibarən ərazilərdə əsaslı hazırlıq işlərinə start verilib”.

Nazir müavini bildirib ki, hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir, meşə zolaqları yanaraq külə dönür. Azərbaycan da digər dövlətlər kimi meşə yanğınlarından sığortalanmayıb. İndiyədək meşə sahələrində baş vermiş yanğın hadisələrinin araşdırılması göstərir ki, yanğınların 98 faizi insan amilinin təsirindən, yəni istirahətə gələnlərin, mal-qara otaranların, biçin sahələrinə od vuranların, meşə meyvələri toplayanların ehtiyatsızlığından və digər səbəblərdən baş verir. Belə halların qarşısının alınması məqsədilə Nazirlik xidməti ərazilərin zəruri yerlərində meşə müşahidə qüllələrinin və ya gözətçi postlarının qurulmasına, eyni zamanda həmin sahələrə yaxın mövqelərdə fəaliyyət göstərən fermer təsərrüfatları ilə qarşılıqlı əlaqələrin yaradılmasına, biçindən sonra sahələrə od vurulmaması üçün maarifləndirmə işlərinin aparılmasına başlayıb. Belə ki, respublika ərazisində baş verən yanğınların meşə ərazisinə keçməsinin qarşısını almaq üçün meşəyə yaxın tikililərin ətrafında 15 metr, meşəyə yaxın magistral avtomobil yollarının kənarında isə 3 metr enində şumlama işlərinin aparılmasına başlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xahiş edir ki, təbiət qoynuna istirahətə gedən vətəndaşlar odla ehtiyatlı davransınlar, fermerlər biçənəkləri yandırmasınlar, təbiət ərazilərinə yaxın kəndlərin sakinləri yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, sürücülər və vətəndaşlar siqaret kötüklərini ətrafa atmasınlar, milli sərvətimiz olan meşələri, yaşıllıqları qorusunlar və Nazirliyin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirləri, verilən tövsiyə və göstərişləri anlayışla qarşılasınlar”.

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› Şeyxülislam İranın ali rəhbərinin nümayəndəsinə cavab verib
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Bakı əhalisinin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
Son xəbərlər
Bütün xəbərlər »