Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil haqları nağd ödəniləcək, yoxsa nağdsız?
Ali təhsil müəssisəsinin tələbəsi ödənişli əsaslarla təhsil alırsa, təhsil haqqını nağdsız qaydada ödəyə bilməz.

Bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib.

Qeyd edilib ki, "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, nağdsız hesablaşma dedikdə, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (ödəniş kartları, ödəniş tapşırığı və sair) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq), ödəniş terminalları ilə və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur.

Həmin qanunun 3.4.8-ci maddəsində isə göstərilir ki, təhsil haqqının ödənilməsi bu qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq, yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Son xəbərlər
Bütün xəbərlər »