Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ehtiyyatda olan hərbi qulluqçu: “260 manat pensiya ilə yaşaya bilmirəm” - Video

Ehtiyyatda olan hərbi qulluqçu, ikinci qrup əlil İsmayılov İlkin Məmmədrza oğlu işsizlik və mənzil probleminin həll olunması üçün icra hakimiyyəti orqanlarına müraciət edib.

Bizimyol.info-ya müraciət edən İ.İsmayılov Xroniki virus mənşəli C hepatitindən əziyyət çəkdiyini bildirib.

O, Sumqayıt şəhərində 200 manat müqabilində kirayədə yaşadığını deyərək aldığı pensiya ilə yaşamağın qeyri-mümkün olduğunu bildirib: “Altı yaşında bir qız övladım var, hazırda Sumqayıt şəhəri 16 nömrəli tam orta məktəbin birinci sinifində təhsil alır. Aldığım pensiyadan hər ay 200 manat kirayə, 30 manat komunala çıxanda yerdə qalan 30 manatla bir ay deyil, cəmi bir həftə dolanırıq. Bir sözlə 260 manat pensiya ilə bilmirəm kirayəni ödəyim, kredit borclarımı verim, yoxsa ailəmi dolandırım. İşsizəm, işlə bağlı çox yerə müraciət etsəmdə problemim öz həlli olunmamış qalmaqdadır”.

Şikayətçinin sözlərinə görə, mənzil təminatı və iş üçün etdiyi müraciətlərə müsbət cavab verilməyib: “Hepatit xəstəliyindən əziyyət çəkdiyim üçün məni hərbi qulluqçu olaraq ehtiyyata buraxıblar. Mərkəzi icra hakimiyyəti orqanlarına  iş və mənzil təminatı üçün etdiyim müraciətlər yerli icra hakimiyyətinə göndərilir. Amma müraciətlər baxılmamış qalır”.

O, imkanlı şəxslərə müraciət edərək mənzil təminatı və maddi dəstək üçün kömək istəyib.

Ehtiyyatda olan hərbi qulluqçu, ikinci qrup əlil İsmayılov İlkin Məmmədrza oğlunun müraciətini təqdim edirik:

Paylaş »
››› Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› Bakını yağış suları aparır: 14 il də dözün, düzələcək...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
››› Şəhid bacısı ürəkləri dağladı: “Minlərlə can qurban”dan ikisi can parçam oldu”
››› “Əks-hücumu dayandırsaydıq, Qarabağın işğalı daha 30 il davam edəcəkdi”
Son xəbərlər
Bütün xəbərlər »