Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ən çox qızıl alan və satan ölkələr - Siyahı

2019-cu ilin ilk rübündə Rusiya rekord sayda qızıl alıb.

Bu haqda World Gold Council (WGC) məlumat yayıb.

Cari ilin ilk dörd ayı ərzində Rusiya bankı 55,3 ton qızıl alaraq, öz ehtiyatlarını 2168,3 tona qədər artırıb. Təşkilatın məlumatına əsasən, Rusiya bu yolla Qərb Moskvaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi təqdirdə, ABŞ dollarından asılılığı azaltmaq niyyətindədir.

Hesabata görə, ümumilikdə dünya mərkəzi bankları arasında son altı il ərzində alınan qızılların miqdarı rekord səviyyəyə çatıb. Cari ilin ilk rübü ərzində ümumilikdə 145,5 ton qiymətli metal alınıb. Bu, keçən ilin analoji göstəricisindən 68 faiz yüksəkdir.

Ən böyük həcmdə qızıl alan mərkəzi banklar arasında Ekvador, Türkiyə, Qazaxıstan, Qətər və Kolumbiyanın adları hallanır. Ən çox qızıl satan ölkələr Özbəkistan, Monqolustan və Tacikistandır.

Əsas qızıl alıcıları dollar asılılığından qurtulmağa çalışan və Qərbi Avropa ölkələri ilə müqayisədə daha az qızıl ehtiyatı olan ölkələrdir.

Qeyd edək ki, qızılın qiyməti bir il ərzində cəmi 1 faiz ucuzlaşıb. Cümə axşamına olan göstəriciyə görə, London birjasında qızılın bir unsiyası 1270 dollara satılıb. (Oxu.az)

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »