Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda sürücülük vəsiqələrinin verilməsi dayandırıldı - Problem var

Azərbaycanda sürücülük vəsiqələrinin verilməsində problemlər yaranıb.

Finans.az xəbər verir ki, vəsiqə ilə bağlı müraciət edən şəxslər onlara sürücülük vəsiqəsi əvəzinə blank formasında arayış verildiyini bildirir.

Məsələni araşdırmaq üçün "ASAN Xidmət"ə edilən müraciətə cavab olaraq problemin mövcudluğu təsdiqlənib. Xidmət nümayəndəsi bütün respublikada sürücülük vəsiqələrinin bitdiyini bildirilib: "Sürücülük vəsiqələri bütün "ASAN xidmət" mərkəzləri üzrə bitib. Sürücülük vəsiqəsini əvəz edən blank formasında arayış təqdim olunur. 1 ay ərzində həmin arayış keçərlidir. 1 aydan sonra müraciət edib, arayışı sürücülük vəsiqəsi ilə bərpa edə bilərsiniz. Bütün respublika üzrə sürücülük vəsiqələri bitib", -deyə xidmət mərkəzindən sorğumuza cavab verildi.

Qeyd edək ki, vətəndaşlar problemin plastik çatışmazlığından ortaya çıxdığını iddia edir.

Paylaş »
››› İki oğlu şəhid olan ananın şikayətinə cavab gəldi
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› “Yardımlının axundunu rayonda tapmaq olmur”
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »