Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyəyə təyyarə biletinin yeni qiyməti türkmənləri dəhşətə gətirdi

Türkmənlərin ən çox təyyarə ilə uçduğu ölkələrdən biri Türkiyədir. Amma “Türkmən hava yolları”nın qərarı onların işini xeyli çətinləşdirəcək. Yeni qiymət türkmənləri dəhşətə gətirib.

Bizimyol.info xəbər verir ki, Türkiyəyə uçuşların qiyməti iki dəfədən çox qaldırılıb. Əvvəl bu ölkəyə 3 min türkmən manatına (855 dollar) uçmaq mümkün idisə, indi sərnişin azı 7 min türkmən manatı (1995 dollar) xərcləməlidir. Bu hələ ekonom-klass qiymətləridir. Biznes-klassa bilet 8 min türkmən manatından (2281 dollar) ucuz deyil.

İstanbul İstanbul, Türkiyə | Foto: Pixabay.com

Türkmənistan dünyanın ən qapalı ölkələrindən sayılır. Buna görə də vətəndaşların çoxu ölkəni tərk edə bilmir. Hökumət icazə versə, biletə 2000 dollara qədər xərc çəkmək lazımdır. Əgər bilet tapılsa. Çünki hər vətəndaşa bilet qismət olmur. Aeroport əməkdaşlarına təxminən 2 min türkmən manatı (570) rüşvət verilməlidir. Yəni indi Türkiyəyə getmək bir türkmənə təxminən 3000 dollara başa gəlir.

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »