Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən varlı adamları haqda maraqlı faktlar

Dünyanın ən zəngin adamları getdikcə varlanır. Planetin milyarderlərinin sayı durmadan artır. İndi dünyada 2153 milyarder var. Halbuki onların sayı 2016-cı ildə 110 nəfər az idi.

Bizimyol.info xəbər verir ki, milyarderlərin ümumi sərvəti 8,5 trilyon dolları keçib. Bu rəqəm üç il əvvəl 7,47 trilyon dollar idi.

Jeff Bezos / Foto: AFP 2019 / Manjunath Kiran

Son bir ildə milyarderin 90 faizi sərvətini artırıb. Yalnız 10 faizi “geri gedib”.

Dünyanın ən varlı 20 adamının ümumi sərvəti 1 trilyon 241 milyard dollardır. Planetin bütün milyarderlərinin var-dövlətinin 14 faizi bu 20 insanın payına düşür.

Bill Qeyts Bill Qeyts

Dünyanın ən varlı 20 adamından 13-ü amerikalıdır. Qalanlarından 2-si fransız, 2-si çinli, biri ispan, biri hind, biri meksikalıdır.

“Bloomberg”in versiyasına görə, indi dünyanın ən zəngin adamı Ceff Bezosdur. “Amazon” şirkətinin rəhbərinin 118 milyard dolları var.

Bernar Arno Bernar Arno

Bill Qeyts 104 milyardla ikinci, Bernar Arno isə 92 milyardla üçüncüdür.

Son xəbərlər
Bütün xəbərlər »