Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Orqan alveri də insan alveri ilə bağlı məlumatlara daxil edilməlidir”
Elmira Axundova: “Bu sahəyə nəzarəti gücləndirmək lazımdır”

“Bu yaxınlarda ölkəmizdə “qara tranplantoloqlar” yaxalanıb, cinayət məsuliyyətinə cəlb olunub. Onlar bir neçə imkanı zəif olan insanları təhrik ediblər ki, öz orqanlarını sataraq qanunsuz əməldə iştirak etsinlər. Halbuki qanunvericiliyə görə böyrək, qaraciyər və digər orqanların tranplantasiyası yalnız ailə üzvlərindən aparılmasına icazə verilib. Ona görə də bu sahəyə nəzarəti gücləndirmək lazımdır, belə faktlar hesabata daxil edilməlidir”.

Bizimyol.info xəbər verir ki, bunu parlamentdə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatının müzakirəsi zamanı deputat Elmira Axundova deyib. O qeyd edib ki, İnsan orqanlarının alveri həm Azərbaycanda, həm də xaricdə yayılmaqdadır və buna görə də, bu məsələ də Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun məlumatlarına daxil edilməlidir”.

Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini Vilayət Eyvazov isə deyib ki, insan orqanlarının alveri insan alverinin bir növüdür və hər zaman diqqətdə saxlanılır. O qeyd edib ki, mərizədə belə məlumatın yer almamasının səbəbi bu cür faktların qeydə alınmamasıdır: “Bütün sahələrdə olduğu kimi, bu sahədə də yalan məlumatlar yayılır. Sosial şəbəkələrdə böyrəyini satanlarla bağlı məlumatlar yayılsa da, bu məlumatların hamısı yoxlanılıb və təsdiqini tapmayıb.”

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Səfəvi səfillər
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
››› Şarl Mişel "Şərq Tərəfdaşlığı" proqramının pozitiv təsirinin olduğu ölkələri açıqlayıb
››› DİN Bakıda məktəbin qarşısında baş verən insidentə münasibət bildirib
Son xəbərlər
Bütün xəbərlər »