Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya nə zaman tam olaraq günəş enerjisinə keçəcək...

Bu gün Beynəlxalq Günəş Günüdür. 1994-cü ildən beynəlxalq günəş enerjisi ictimai birliyi bu günün xüsusi qeyd olunmasına çalışır.

Bizimyol.info xəbər verir ki, hər il dünyada günəş enerjisindən istifadə orta hesabla 50 faiz artır. 2014-cü ildə bu artım hətta 100 faiz olub. Buna baxmayaraq, dünya elektrik enerjisi istehsalında ümumi pay 1 faizi güclə keçir.

Beynəlxalq Enerji Agentliyinin (IEA) mütəxəssisləri heç də bədbin deyil. Onlar hesab edir ki, 2050-ci ildə günəş enerjisinin istehsalı 9 min teravatt-saata çatacaq. Bu isə dünya enerji istehsalının təxminən 20-25 faizi olacaq. Zaman ötdükcə günəş enerjisi neft və qazı sıxışdırıb sıradan çıxaracaq.

Agentliyin hesabatında bunun faydalı tərəfləri qabardılır. Günəş enerjisi istehsalının belə artması zərərli qazların ətraf mühitə yayılmasını xeyli azaldacaq. Konkret rəqəm də bildirilir. Zərərli qazların miqdarı 6 milyard ton azalacaq.

Son xəbərlər
Bütün xəbərlər »