Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Krımda hava şarı uşağı açıq dənizə aparacaqdı

Uğursuz enişdən sonra valideynlər və təlimçi şarın səbətindən yerə düşüblər uşaq isə səbətdə qalıb.

Feodosidə uşaq xilas edilib. Hava şarının səbətində qalan uşağı külək açıq dənizə doğdu aparıb. Bu barədə "RİA Novosti" RF FHN-in Krım idarəsinin mətbuat xidmətinin rəhbəri Anton Oxrimenkoya istinadən xəbər verir.

Bizimyol.info xəbər verir ki, hadisə mayın 3-də səhər saatlarında baş verib. Dörd nəfərlik ailə təlimatçı ilə birlikdə hava şarında gəzmək istəyirdi. Gəzinti sonrası şarın səbəti yerə çırpılıb. Nəticədə bütün böyüklər səbətindən yıxılıblar, təkcə azyaşlı uşaq orada qalıb. Agırlıq olmadıgından şar yuxarı qalxmağa başlayıb və külək onu Qara dəniz istiqamətinə uçurub.

Bildirilir ki, uşağı xilas etmək üçün təcili olaraq bütün xidmət ayağa qalxıb. Amma kürə son nəticədə özü Feodosi yaxınlığında yerə enib.

"Xoşbəxtlikdən, kürədə az miqdarda qazı olub, çox keçmədən qaz qurtarıb və kürə özü Feodosi yaxınlığında yerə enib. Uşaq sağ salamat qurtarılıb, hər şey yaxşı sonluqla başa çatıb", - deyə Oxrimenko bildirib.

Son xəbərlər
Bütün xəbərlər »