Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uğurun formulu: Stüardessalıqdan kraliçalığa gedən yol

Nikahın qeydə alınması mərasimi Kral sarayında keçirilib.

Tailand əhalisi gələcək hökmdar X Ramanın nikahını müzakirə edir.

Sputnik Azərbaycan xəbər verir ki, belə kraliçanı heç kim gözləmirmiş.

"Əlbəttə insanlar yeni kraliçanı qəbul edəcək. Düzdür, onlar düşünə bilər ki, bir neçə il əvvəl ona general rütbəsi xüsusi olaraq verilib ki, o indi kraliça ola bilsin" - deyə yerli sakin bildirib.

"Əgər hakimiyyət onun bu yerdə olmasını istəyirsə, qoy belə də olsun. Mən onları təbrik edirəm. Ümid edirəm ki, nikah ölkə üçün faydalı olacaq" - deyə digər sakin qeyd edib.

Nikahın qeydə alınması mərasimi dünən Kral sarayında keçirilib. Mərasim zamanı X Rama 40 yaşlı kral mühafizəsinin rəhbəri Suthidanı kraliça adlandırıb.

Şahzadənin nişanlısı öz karyerasına dövlət hava yolları şirkətində stüradessa kimi başlayıb və 2014-cü ilə qədər orada çalışıb. Bundan sonra o sarayda xidmət etməyə başlayıb və kral mühafizəsinin rəhbəri postunadək yüksəlib. General rütbəsini o 2016-cı ildə IX Rama öldüyü zaman alıb. Tailandın yeni hökmdarının tacqoyma mərasimi 3 gün mayln 4-dən 6-dək davam edəcək.

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »