Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NASA insanları asteroidlərlə toqquşmalara hazır olmağa çağırıb

“Xaos Tanrısı” adlanan nəhəng asteriod sürətlə Yerə yaxınlaşır. Mütəxəssislər böyük toqquşma olmayacağına ümid edir.

Bizimyol.info xəbər verir ki, NASA-nın rəhbəri Cim Braydenstayn asteroidlər haqda danışıb. O, insanları göy cisimləri ilə toqquşmaya hazır olmağa çağırıb. “İndependent” qəzeti Braydenstaynın fikirlərini yazıb: “Biz həyat olduğunu dəqiq bildiyimiz yeganə planeti qorumalıyıq”.

Cim Braydenstayn Cim Braydenstayn

NASA rəhbəri əlavə edib ki, ABŞ hökuməti diametri 460 futdan (140 metr) böyük olan asteroidləri ciddi nəzarətdə saxlayır. Braydenstayn dinozavrların məhz asteroidlə toqquşmaya görə məhv olduğunu xatırladıb. Buna görə də NASA rəhbəri kosmik obyektlərin monitorinqinin güclənməsi üçün daha çox iş aparılmasının vacibliyindən danışıb.

Aprelin 19-da məlum olub ki, “2019 GC6” asteroidi Yerin 219 min kilometrliyindən keçib. Bu, Yerlə Ay arasındakı orta məsafədən iki dəfə yaxındır. “2019 GC6” diametrinə görə bizim planet üçün təhlükəli sayılır.

Paylaş »
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› “Yardımlının axundunu rayonda tapmaq olmur”
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »