Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov: "ABŞ rəhbərliyinin Venesuela ilə bağlı söylədikləri doğru deyil"

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ı Venesuela ilə münasibətlərində "Monro Doktrinası"nı tətbiq etməkdən çəkinməyə çağırıb.

ONA-nın xəbərinə görə, Sergey Lavrov Rusiya və ABŞ-ın Latın Amerikası ölkələrindəki böhranla bağlı mövqelərinin üst-üstə düşməsinə baxmayaraq, tərəflər arasında dialoqun davam etdirilməsinin vacib olduğunu deyib.

"Mövqelərimiz üst-üstə düşmür, amma biz danışığa hazırıq", - Lavrov vurğulayıb.

Onun sözlərinə görə, ABŞ dövlət katibi Pompeo ilə telefon söhbəti zamanı “Monro Doktrinası” yanaşmasının Venesuela və bütün Latın Amerikası xalqlarına hörmətsizlik əlaməti olduğunu amerikalı həmkarının diqqətinə çatdırıb.

ABŞ-ın Venesuelaya hərbi müdaxiləsinin mümkünlüyü məsələsinə toxunan Lavrov Rusiyanın bu cür planlara qarşı çıxan ölkələr blokunu yaratmağı planlaşdırdığını və bu qrupa “Rusiya kimi BMT Nizamnaməsinə hörmət göstərən ölkələr”in daxil olacağını deyib.

Rusiyalı nazir ABŞ dövlət katibinin Maduronun ölkədən qaçmaq planları və Rusiyanın bunu mane olması ilə bağlı iddialarının da doğru olmadığını qeyd edib: "ABŞ rəhbərliyinin Venesuela ilə əlaqədar söylədiyi hər şey nəzərdən keçirilsə, sonsuz suallar yaranacaq və bu sualların hamısının diplomatik birmənalı cavabı var: söylənilənlər doğru deyil".

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »