Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniyada fövqəladə ekoloji vəziyyət elan edilib

Britaniya parlamenti ölkədə fövqəladə ekoloji vəziyyət elan edib. Bu qərar ekologiya fəallarının hərəkətlərinin nəticəsidir.

AZƏRTAC xəbər verir ki, Britaniya parlamenti müxalifətçi Leyboristlər Partiyasının lideri Ceremi Korbinin təklifini bəyənib və mayın 1-də ətraf mühitdə, həmçinin iqlimdə fövqəladə vəziyyət elan edib.

Bu təşəbbüsün müəllifi qeyd edib ki, Böyük Britaniya parlamenti bütün dünyada belə bir addım atmış ilk parlamentdir. Sənəddə gələcək nəsillər naminə ətraf mühitin qorunması üçün tədbirlər görməyə çağırış öz əksini tapıb. Konkret tədbirlər görməyi məcburi saymayan bu qərar yekdilliklə bəyənilib.

Böyük Britaniya parlamentariləri Baş nazir Tereza Meyin hökumətinə təklif ediblər ki, “Böyük Britaniyanın təbii mühitini bərpa etmək və tullantısız iqtisadiyyat yaratmaq üçün” müvafiq təkliflər yaxın 6 ay ərzində qanunvericilik orqanına təqdim olunsun. Bu qərara əsasən, bərpaolunan enerji mənbələri və nəqliyyat üçün “ambisiyalı qısamüddətli hədəflər”ə dəstəyin artırılması tələb olunur.

Britaniya parlamenti Korbinin bu təşəbbüsünü ekologiya fəallarının təqribən iki həftə davam etmiş etiraz çıxışları və ətraf mühitin qorunması üçün qlobal tədbirlər görülməsi təşəbbüsünün müəllifi, İsveç məktəblisi Qreta Tunberqin müraciətindən sonra bəyənib.

“FridaysForFuture” (Gələcək naminə qlobal iqlim tətili) hərəkatının təşəbbüskarı İsveç məktəblisi Qreta Tunberq bu il Nobel Sülh Mükafatı nominantı olub. Tunberq 2018-ci ilin avqust ayından İsveç parlamentinin yaxınlığında təkbaşına tətilə çıxır, iqlimin xilas olunmasını tələb edirdi. Sonradan digər ölkələrdən olan gənclər də bu təşəbbüsü dəstəkləyiblər. Onlar hər həftə cümə günü dərsə getmək əvəzinə yerli parlamentlərə və bələdiyyələrə etiraz aksiyalarına çıxır, iqlim dəyişmələrinin nəticələri barədə yerli hakimiyyət orqanlarına xəbərdarlıq edirlər.

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »