Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat Tarif Şurasının qazla əlaqədar qərarından narazıdır

“Mən hökumətin hesabatında, sonralar da ayrı-ayrı kütləvi informasiya vasitələrinə vermiş olduğum açıqlamalarda və Milli Məclisdəki son çıxışımda da bütövlükdə limitin ləğv olunmasının tərəfdarı idim. Bu fikirdə yenə qalıram. Tarif Şurasının qənaəti, gəldiyi nəticə isə budur”, - Milli Məclisin depuatı Fəzail Ağamalı deyib.

Fəzail Ağamalı

“Tarif Şurası vur-tut limitin sayını 500 kub qaldırdı. Hesablama aparmışdıq ki, 1700 kub bir qayda olaraq maksimum bir ay yarım görür. 500 kub da hardasa yarım ay və ya ondan bir az çox davam edəcək. Nəzərə alsaq ki, Azərbaycanda qış 6 aydan çox davam edir. Bu baxımdan ya limit daha çox artırılmalı idi, ya da birdəfəlik ləğv olunmalı idi.

Limiti qış aylarına tətbiq etmək olardı. Yaz aylarında da məsələn, köhnə qiymətlərlə ola bilərdi. Yəni 6 ayda vətəndaşlarımız təbii qazdan daha çox istifadə edirlər, onu daha limitli tutmaq olardı. Qalan 6 ayda limitsiz olardı. Mənə elə gəlir ki, bu, daha kompromis, ədalətli yanaşmadır. Təəssüf ki, olmadı.

Təbii qaz və elektrik enerjisinə tətbiq olunan qiymət artımı, bundan doğan limiti tamamilə aradan qaldırmaq daha faydalı olardı. Bu, həm aztəminatlı ailələrin problemlərinin aradan qaldırılmasına müsbət təsir göstərərdi”.

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »