Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Obama Tramp haqqında serial çəkir

ABŞ-ın keçmiş prezidenti Barak Obama və onun həyat yoldaşı Mişelin prodüser şirkəti kimi tanınan “Higher Ground Productions” yeni serialın anonsunu verib.

Bu ekran əsəri ölkənin indiki dövlət başçısı Donald Tramp administrasiyasının işindən bəhs edəcək.

Bizimyol.info xəbər verir ki, serial amerikalı yazıçı və jurnalist Maykl Lyuisin “Beşinci risk” kitabının kinoadaptasiyasıdır. Kitabda Trampın prezidentlik dövrünün başlanğıcı əks olunub. Burada xeyli oçerklər, müsahibələr yer alıb.

Barak Obama deyib: “Biz bu şirkəti düzgün əhvalatlar danışmaq üçün yaratdıq. İnanırıq ki, çəkdiklərimiz nəinki bizi inkişaf etdirəcək, eyni zamanda ilham verəcək”.

Obamaların şirkəti təkcə serial çəkməyi düşünmür. Planda tammetrajlı və sənədli filmlər də var.

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »