Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük Britaniyanın müdafiə naziri istefaya göndərildi

Böyük Britaniyanın müdafiə naziri Qevin Uilyamson milli təhlükəsizlik Şurasının iclasından məlumat sızması ilə əlaqədar istefaya göndərilib. Bu barədə "BBC News" xəbər verir.

"Bizimyol.info" bildirir ki, Baş nazirin aparatından bildiriblər ki, Tereza Mey qurduğu hökumətində "Uilyamsonla bigə işləmək istəmirlər və ona olan etimadı itirib". Böyük Britaniya kraliçası II Yelizaveta onun əvəzinə müdafiə nazirliyi tərəfindən namizədliyi irəli sürülən, hazırki beynəlxalq inkişaf naziri Mordont Penninin təyinatını "razılıqla" qəbul edib.

"Uilyamson öz növbəsində, ərazisində informasiya ötürülməsi ilə heç bir əlaqəsinin olmadığını təkidlə bildirib",- edyə "Reuters" xəbər verir.

Ötən həftə Böyük Britaniyanın milli təhlükəsizlik Şurasının iclasından kənara xəbərlər ötürülməsi ilə bağlı qalmaqal yaranıb. İclasda qərara alınıb ki, London icazə verəcək ki, Çinin Huawei şirkəti Birləşmiş Krallığa hamının 5G kimi tanıdığı beşinci nəsil mobil rabitə üzərində təkmirləşdirmə aparılmasında kömək etsin. Böyük Britaniyada 5g inkişaf etdirilmsi layihəsində firmanın iştirak etməsini rəsmən təsdiq etməyib və gözlənilirdi ki, yazın sonlarında yekun qərar qəbul olunacaq. Məxfi informasiyaların meydana çıxmasından sonra araşdırmalar başladı və 26 apreldə "The Daily Telegraph" qəzeti məlumat verib ki, baş nazir aparatı xəbərlərin yayılmasında günahkar bilinən şəxsin tutduğu vəzifəsindən asılı olmayaraq istefaya göndəriləcəyini bildirib.

ABŞ hakimiyyəti hesab edirlər ki, "Huawei" sənaye casusluqla məşğul olur: Çin şirkəti amerikanın "T-Mobile" smartfon yoxlamalar üçün istifadə olunan texnologiyalar haqqında məlumatların oğurluğunda ittiham edilir.

Qevin Uilyamson 2017-ci ilin noyabrından Böyük Britaniyanın müdafiə naziri vəzifəsində işləyirdi. Məmur bu vəzifədə bir neçə rezonans yaradan bəyanatları ilə yadda qalıb: Belə ki, 2018-ci ilin martında o, Rusiya hərbi kəşfiyyatının keçmiş zabiti Sergey Skripalın Solsberi şəhərində zəhərlənməsi mövzu ilə bağlı mətbuat konfransında çıxış edərkən bildirib ki, Rusiyanın "susması və kənara çəkilməsi" lazımdır.

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »