Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ölkədən çıxmaq üçün gizləndiyi yer hamını təəccübləndirdi - Foto
Sərhəd

İstanbul "Yenikapı"da ölkə xaricinə qaçaq yollarla getmək istəyən əcnəbi əsilli bir şəxs tur avtobusunun təkər hissəsindəki boşluqda gizlənib.

Fələstin əsilli Məhəmməd Salah, avtobus sürücünün diqqəti sayəsində aşkar edilərək gizləndiyi yerdən çıxarılıb. Bu barədə "Akşam" qəzeti xəbər verib.

Bizimyol.info xəbər verir ki, hadisə səhər saatlarında "Yenikapı" məntəqəsinin avtomobil dayanacağı sahəsində baş verib. İddiaya görə, Məhəmməd Salah adındakı Fələstin əsilli şəxs ölkə xaricinə getmək üçün tur avtobusunun təkər hissəsində yerləşən boşluqda gizlənib. Avtobus sürücüsü, maşınını işə salmaq üçün gələndə avtobusun altında bir şəxsin olduğunu gördü. Sürücü şübhəli şəxs barədə müvafiq orqanlara məlumat verib.

Ölkədən çıxmaq üçün gizləndiyi yer hamını təəccübləndirdi

Hadisə barədə xəbər tutan polis, yanğınsöndürmə və təcili tibbi yardım briqadaları avtobusun olduğu əraziyə gəliblər. Xəbərdarlıqlar edilərək gizləndiyi yerdən çıxarılan Məhəmməd Salah, sağlamlıq vəziyyətinin öyrənmək məqsədi ilə xəstəxanaya aparılıb. Hüquq-mühafizə orqanları isə məsələ ilə bağlı araşdırmalara başladılar.

Paylaş »
››› “Ermənilər Bakıda” videosunu çəkənlərin kimliyi bilindi
››› Azərbaycanda kişilər ailə qurmağa tələsmirlər - 29 ilin rekord göstəricisi
››› Lotereyada qazandığı pulla aldığı ərazidən xəzinə çıxdı
››› DİN-dən uşaqların oğurlanması xəbərləri ilə bağlı açıqlama
››› Metrostansiyada uçqun təhlükəsi: "Dəmir-beton konstruksiyalarda aşınmalar var"
Son xəbərlər
Bütün xəbərlər »