Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qatarla selfi həvəsi 3 gəncin həyatına son qoydu

Hindistanda relslərin üzərində selfi çəkən 3 gənc, üstlərinə gələn qatardan qaçmaq üçün atıldıqları digər relslə gələn qatarın altında qalaraq can verdilər. Bu barədə "Habertürk" xəbər verib.

Bizimyol.info xəbər verir ki, hadisə Hindistanın Panipat şəhərində baş verib. Toyda iştirak etmək üçün şəhərə gələn 4 gənc, mərasimin keçiriləcəyi bölgədə olan dəmir yoluna çıxaraq relslər üzərində fotoşəkil çəkmək istəyiblər.

Üzərlərinə gələn qatarın qarşısında poza verərək selfi çəkən 4 gənc, qatar yaxınlaşan anda digər yola atılıblar. Gənclər atıldıqları relisdə hərəkətdə olan başqa qatarı görməyiblər. Selfi həvəskarlarından üçü qatar vurması nəticəsində hadisə yerində ölüb. Doslarından fərqli olaraq əks tərəfə tullanan gənc isə hadisədən yara belə almadan xilas olub.

Hind mətbuatı, həlak olan gənclərdən ikisinin 19, birinin isə 18 yaşında olduğunu və rəsmilərin hadisə ilə bağlı istintaq başladığını bildirib. Yerli media 2017-ci ildə də 3 nəfərin relslər üzərində selfi çəkməyə çalışdığı zaman qatar vurması nəticəsində həyatını itirdikləri barədə xatırlatma edib.

Mütəxəssislər, gənclər arasında sanki bir xəstəlik kimi çoxalan sosial media asılılığının təhlükəli və çox riskli olduğunu bildirib. Hindistan Tibb Elmləri İnstitutunun apardığı araşdırmaya görə isə 2011-2017 illər arasında dünya üzrə 259 nəfər selfie çəkməyə çalışarkən həyatını itirdi. Selfie ölümlərinin ən məşhur olduğu ölkələrin isə əsasən Hindistan, Rusiya, ABŞ və Pakistan olduğu bildirilib.

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› Artıq mini sualtı gəmilərimiz də var
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
››› Rusiyanın hakim Vahid Rusiya Partiyası seçkilərdə qələbəsini elan edib
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »