Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qızıl alverçisi qadın generalın sürücüsünə qarşı 615 min dollarlıq dəlduzluqda ittiham edilir
Bakı Gömrüyünün sabiq rəisinin də adının hallandığı qalmaqalla bağlı məhkəmə başladı

Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi, general Vüsal Novruzovun ailə sürücüsü olduğu bildirlən Nəcəf Nəsirlinin 615 min dollarlıq qızıl-zinət əşyalarını ələ keçirməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb.

Bizimyol.info xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən Gülarə Əliyevanın anket məlumatları dəqiqləşdirilib. Baxış iclası mayın 8-nə təyin edilib.

İttihama görə, G.Əliyeva iş üzrə zərərçəkmiş qismində tanınan Nəcəf Nəsirliyə özünü qızıl-zinət əşyalarının biznesi ilə məşğul olan sahibkar kimi təqdim edərək, onun 615 min dollar dəyərində qızıl-zinət əşyalarını ələ keçirməkdə ittiham edilir. Məlum olub ki, Gülarə Əliyeva nə fiziki şəxs, nə də hüquqi şəxs kimi vergi qeydiyyatına alınmayıb, ümumiyyətlə, VÖEN-i olmayıb. Həmçinin, G. Əliyeva sahibkara müxtəlif qızıl-zinyət əşyalarının satışı mağazalarını özününki kimi təqdim edib. Ancaq həmin mağazaların G. Əliyeva ilə yaxından-uzaqdan əlaqəsi olmadığı, tamamilə başqa şəxslərə məxsus olduğu ortaya çıxıb.

N. Nəsirli aldadıldığını anladıqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib.

Gülarə Əliyeva barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli-miqadarda dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. O, bir müddət istintaqdan yayınsa da, sonradan polis tərəfindən saxlanaraq istintaqa təhvil verilib. Xətai rayon Məhkəməsində onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Qarşılıqlı ittihamlar

615-min dollarlıq qızıl-zinət məsələsi ilə bağlı ötən il mediada yazılar dərc edilib. Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana qızıl-brillyant zinət əşyaları gətirib satan dörd qadın Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi, gömrük generalı Vüsal Novruzovun sürücüsü tərəfindən iri məbləğdə aldadıldıqları bartədə medaiaya açıqlama vermişdilər. Qadınların şikayətinə əsasən generalın ailə üzvlərinin sürücüsü Nəcəf Nəsirli öz rəisinin adından onlardan cəmi 615 min dollarlıq zinət əşyaları alıb və pulunu verməyib.

Generalın sürücüsü tərəfindən aldadıldığını iddia edənlər Gülarə Əliyeva, Bağda Hacıyeva, Naibə Nəcəfova və Aytən İbrahimovadır. Onlardan ikisi - Bağda Hacıyeva və Aytən İbrahimova açıqlama ilə çıxış ediblər. Qadınlar bildiriblər ki, deyirlər ki, Nəcəf Nəsirli ilə onların arasında qızıl-brillyant alış-verişi 2013-cü ildən başlayıb. Onların sözlərinə görə, sürücü qadınlardan öz şefi üçün vaxtaşırı olaraq hərəsinin qiyməti on minlərlə dollar olan bir neçə zinət əşyası-qolbaqlar, boyunbağılar, üzüklər, sırğalar və s. alaraq aparıb. Rəisin bəyəndiklərinin pulunu gətirib, bəyənmədiklərini isə geri qaytarırmış. Bu alver 2016-cı ilə qədər davam edib.

“Bizi təhdid edərək, üstümüzə silah çəkdi”

A. İbrahimova deyir ki, həmin ilin əvvəllərində Nəcəf Nəsirli öz rəisi üçün növbəti dəfə onlara müxtəlif çeşiddə zinət əşyaları, qiymətli daş-qaş sifariş edərək gətizdirib və sifariş olunan malların ümumi dəyəri 615 min dollar olub. Qadınlar iddia edib ki, sürücü bu qızıl-zinət əşyalarını aparsa da pulunu ödəməyib və onlar pullarını istəyəndə N.Nəsirli gah qızılları itirdiyini, gah da seyfdən oğurlandığını deyib. Hər dəfə söz verib ki, malların pulunu tezliklə düzəldib ödəyəcək.

Qadınların bildirdiyinə görə, N.Nəsirlidən pullarını tələb edəndən sonra onun tərəfindən təhdid edilib, hətta üstlərinə silah da çəkilib.

Qadınlar bildiriblər ki, bu təhdidlərdən qorxuya düşdükləri üçün rəsmi orqanlara şikayət etməyiblər. 2018-ci iliujn may ayında V.Novruzov vəzifədən kənarlaşdırıldıqdan sonra yenidən onun qohumlarının vasitəsilə pullarını tələb ediblər.

Onlar mediaya açıqlamasında qeyd ediblər ki, bundan sonra Nəcəf Nəsirli barəsində hüquq-mühafizə orqanlarına şikayət edərək, onları 2 milyon manat pul alaraq geri qaytarmamaqda, yəni dələduzluqda ittiham edib. Bundan sonra isə cinayət işi başlanılıb.

Vüsal Novruzov: “Mənim bu mübahisədə hər hansı rolum yoxdur və olmayıb”

Məsələ ilə bağlı məlumatlar mediada yayıldıqdan sonra Vüsal Novruzov açıqlama verərək, bu qalmaqalda adının hallandırılmasına etiraz edib. O vureğulayıb ki, Nəcəf Nəsirli adlı şəxslə həmin qadınlar arasında hansı alış-verişin olduğunu bilmirdi və nəticədə kimin kimə borclu olmasından xəbərdar ola bilməzdi.

Baki gömrüyünün keçmiş rəisi bildirib ki, Nəcəf Nəsirli adlı şəxsi 2 il bundan qabaq işindən uzaqlaşdırıb və həmin vaxtdan bəri onunla heç bir əlaqəsi yoxdur, bu şəxsi hansısa formada himayə etməyib, işindən uzaqlaşdırılandan sonra hansı əməllərlə məşğul olmasını izləməyib. Amma istisna etmir ki, bu şəxs hansısa formada onun adından istifadə edə bilərdi.

"Mən adları çəkilən həmin qadınları tanımıram, heç vaxt da tanımamışam. Onlarla heç bir təmasım, alış-verişim olmayıb. Bunu qadınlar özləri də şikayətlərində təsdiq edir. Ümumiyyətlə, mən ailə üzvlərim üçün alverlə məşğul olan hansısa qadınlardan, yəni belə desək, ara alverçilərindən heç nə almamışam. Sonradan eşitmişəm ki, Nəcəf Nəsirli ilə adlarını çəkdiyiniz həmin qadınlar arasında nəsə alış-veriş, ticarət sövdələşmələri olub. Bundan Nəcəfi işindən uzaqlaşdırandan sonra xəbər tutmuşam. Bildiyim budur ki, hazırda onların arasında maliyyə çəkişməsi var, hər iki tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. Qadınlar N.Nəsirlinin onlara 615 min dollar borclu olduğunu deyirlər, o da öz növbəsində qadınları 2 milyon manat borc alıb qaytarmamaqda günahlandırır. Bu mübahisəni araşdırmaq hüquq-mühafizə orqanlarının öhdəsindədir. Əgər Nəcəf günahkardırsa və qadınları aldadıbsa qoy qanun qarşısında cavab versin, cəzasını alsın. Yaxud qadınlar günahkardırsa qoy onlar qanun qarşısında cavab versinlər. Mənim bu mübahisədə hər hansı rolum yoxdur və olmayıb” - Vüsal Novruzov belə deyib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sentyabrın 27-nə olan hava proqnozu
››› Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub
Son xəbərlər
Bütün xəbərlər »