Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sürücülərin nəzərinə!

Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsinin bir hissəsində aparılan təmir işləri yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, təmir işləri küçənin 130 metrlik hissəsini əhatə edib. Küçənin sözügedən hissəsi uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yol boyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.

Aparılan təmir işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, köhnə səki daşları sökülüb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri bərpa olunub və və hamarlayıcı lay asfalt-beton örtüyü döşənib.

"İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Asfaltlanma işləri ümumilikdə 2 min kv.m-ə yaxın sahəni əhatə edib.

Bundan başqa, aparılan yenidənqurma zamanı kommunikasiya xətlərinin baxış qapaqları dəyişdirilib, zəruri yerlərdə köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib.

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »