Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Xahiş edirəm, onu "Yuventus"un 7 nömrəsi ilə müqayisə etməyin"

Fransanın "Marsel" klubunun hücumçusu Mario Balotelli "Barselona"nın hücumçusu Lionel Messinin oyununa heyranlığını ifadə edib və bu zaman "Yuventus"un ulduzu Kriştianu Ronaldoya da atmaca atmağı unutmayıb.

Mario Balotelli Mario Balotelli

"Barselona" UEFA Çempionlar Liqasının ikidə bir final mərhələsində "Liverpul" klubu ilə qarşılaşıb və öz meydanında güclü rəqibini 3:0 məğlub etməyi bacarıb. Hesab Suarezin qolu ulə açılsa da, Messi dubl etməklə fərqlənib və böyük ehtimalla cütün taleyini həll edib.

Balotelli öz sosial şəbəkə hesabında oyunla bağlı təəssüratını bölüşüb: "Messi fenomendir. Futbol xatirinə xahiş edirəm, onu "Yuventus"un 7 nömrəsi ilə müqayisə etməyin".

Ronaldo Ronaldo | Foto: AFP/Getty Images

Bir daha xatırladaq ki, "Yuventus"da 7 nömrə altında məhz Kriştianu Ronaldo çıxış edir. Dünya boyunca futbol azarkeşləri arasında hələ də "kim güclüdür" sualı mübahisə mövzusudur. Messi və Ronaldo arasında birincilik uğrunda qiyabi mübarizə gedir və hansının üstün olduğunu birmənalı olaraq müəyyən etmək hələ də mümkün olmayıb.

"Liverpul" və "Barselona" arasında cavab oyunu mayın 7-də İngiltərənin Liverpul şəhərində "Enfild" stadionunda keçiriləcək.

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Qarında artıq yağ qatlarından necə qurtulmaq olar...
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Səfəvi səfillər
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
››› Bakıdan ölkənin regionlarına dəmir yolu ilə sərnişin daşınması bərpa olunur
Son xəbərlər
Bütün xəbərlər »