Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tailand kralı generalla evləndi - Fotolar

"Bizimyol.info" xəbər verir ki, Taylandlı Kral Maha Vachiralongkorn təhlükəsizlik xidmətinin başçısı Suthida Vachiralongkorn ilə nikahını rəsmiləşdirib. Məlumat kral qəzetinin internet saytında yayımlanıb.

Madam Suthida Tayland rəsmi kraliça statusu alıb. Mərasim may ayının birinci günü baş tutub. 66 yaşlı kralın rəsmi nikah məclisi Dusit saray kompleksində keçirilib.

Yerli ingilis dilindəki "The Nation" portalına görə, 40 yaşındakı kraliça Suthida əvvəl Tayland aviaşirkətində uçuş bələdçisi olaraq çalışıb. 2014-cü ildə o, Maha Vachiralongkornun mühafizəsinin rəhbəri vəzifəsinə təyin edilib. Həmin vaxt ölkə Mahanın atası Kral Phumipon Adulyadej rəhbərliyi altında idi. Daha sonra Suthidaya kral qorovulunun xüsusi əməliyyat vahidinə başçılıq etmək tapşırılıb və 2016-cı ilin dekabr ayında general rütbəsi alıb.

Yerli ənənələrə və qanunlara uyğun olaraq keçirilmiş nikah mərasimi - "gazety.ru"nun foto qalereyasında əks olub.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »