Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Media mənsubları müasir Padarçöl Aqroparkına səfər etdilər
Azərsun Holdinq” Şirkətlər Qrupu ölkənin aparıcı KİV nümayəndələri üçün Padarçöl Aqroparkına media tur təşkil etdi.

Media nümayəndələri ən müasir avadanlıq və texnologiya ilə təmin edilmiş heyvandarlıq və müxtəlif kənd təsərrüffatı məhsullarının yetişdirildiyi əkin sahələrindən ibarət 4200 hektar əraziyə malik komplekslə tanış olublar.

Aqroparkın rəhbəri Nəbi Paşayev jurnalistləri qarşılayaraq, onları maraqlandıran sualları cavablandıraraq, ətraflı məlumat verib.

Nəbi Paşayev bildirib ki, 3 ilə yaxındır “Azərsun-Holdinq»in Padarçöldə analoqu olmayan Aqroparkı əvvəlcə fəaliyyətə aqrar sahədən başlayıb. Padar Aqroparkının əsasən 2 istehsal , heyvandarlıq və kənd təssərrüfatı sahəsi fəaliyyət göstərir.

Əsasən taxıl və yem bitkilərinin yetişdirildiyini bildirən müəssisə rəhbəri ümumilikdə il ərzində iki dəfə əkin işlərinin həyata keçirildiyini bildirib. Bundan əlavə, və 3 çeşiddə qarğıdalının əkinləri ilə bərabər, sınaq məqsədilə tərəvəz bitkilərinin əkininə də başlanılılb. Burada yeni növ əkin sahələrinin salınması üçün araşdırmalar aparılaraq, gələcəkdə məhsul çeşidinin genişləndirilməsi nəzərdə tutulub.

Jurnalistlərə “Azərsun Holdinq” fəlsəfəsi barədə məlumat verən Nəbi Paşayev Şirkətin Müşahidə Şurasının sədri Abdolbari Goozalın bütün sahələrdə məhsulların keyfiyyətinə xüsusi həssasiyyətlə yanaşdığını söyləyib. “Tarladan süfrəyə”dək keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edildiyi “Azərsun” müəssisələrində bütün məhsullar satışdan öncə dəfələrlə laborator yoxlamalardan keçir. Bunun məntiqi nəticəsidir ki, bu Şirkət tərəfindən istehsal olunan məhsullar ölkə daxilində rəğbətlə qarşılanmaqla bərabər dünyanın müxtəlif ölkələrində istehlakçılar tərəfindən yüksək qiymətləndirilir. Bundan əlavə, əkin işlərinin həyata keçirildiyi torpaqların keyfiyyətinin qorunması üçün Müşahidə Şurasının sədrinin təlimatlarına əsasən zəruri addımlar atılır. O, bildirib ki, dövlət rəhbərliyinin yürütdüyü siyasətə uyğun olaraq “Azərsun”, bölgələrdə insanların məşğulluğunun artırılması və sosial-rifah halının yüksəldilməsinə xüsusi önəm verir. Hazırda müəssisədə 200-dən artıq insan işlə təmin olunub ki, mövsüm zamanı bu rəqəm 600-dən artıq olur.

İdarəetmə sistemi və fermaları dünyaca məşhur Afimilk şirkəti tərəfindən qurulan heyvandarlıq kompleksi barədə məlumat verən Nəbi Paşayev hazırda 2000-dən artıq iribuynuzlu saxlanıldığını bildirib:

“ Artıq layihənin ilk fazası yekunlaşıb və günlük olaraq 34 ton süd istehsal edilir ki, yağlılıq nisbəti 3.6 faiz təşkil edir. Ən müasir avadanlıqların tətbiqi ilə eyni anda 72 heyvanın sağılması mümkün olur, fermaların avtomalaşdırılmış havalandırma sistemi ilə təchiz olunması heyvanların bütün mövsümlərdə rahatlığını təmin edərək məhsuldarlığın yüksək saxlanılmasına mühüm töhfə verir. İribuynuzluların sağlamlığı və məhsuldarlığı üçün ən önəmli məsələ olan yemlənmə prosesi də Azərbaycanda ilk dəfə avtomatlaşdırılmış şəkildə xüsusi proqram təminatı ilə həyata keçirilir. Holşteyn-friz cinsinə aid heyvanların bütün məlumatları bazaya yerləşdirilib ki, proqram təminatı da bu bazadakı məlumatlar əsasında heyvanların sağlamlıq durumunu hesablaya bilir. Əgər hər hansısa heyvanın qidalanması, məhsuldarlığı və digər göstəricilərində bir dəyişiklik baş verərsə bu barədə dərhal mütəxəssislərə məlumat ötürülür. Dərhal zootexnik və baytarlar həmin heyvanları ümumi sürüdən ayıraraq nəzarət altına götürürlər. Xüsusi qayğı bölümünə yerləşdirilən heyvanlar baytarların nəzarəti ilə müalicə alırlar”.

Həmçinin görüş zamanı qeyd olundu ki, ümumilikdə bu heyvandarlıq kompleksində əldə olunan süd məhsulları Kürdəmir Süd Emalı Kompleksinə göndərilir ki, orada da “Azərsüd”, “Super milky” və digər “Azərsun” markaları altında məhsullar istehsal edilir.

Heyvandarlıq kompleksinin fəaliyyəti zamanı yaranan üzvi tullantılardan üzvi gübrə də istehsal olunur ki, bu da əkin sahələrində torpaqların zənginləşdirilməsində istifadə olunur.

Jurnalistlərin suallarını cavablandıran Nəbi Paşayev Aqropark layihəsinin ikinci fazasının yekunlaşmasından sonra süd istehsalının artacağını və yerli kərə yağının istehsal edəcəyini də bildirdi. O, bunun üçün Kürdəmir Süd Emalı Kompleksində zəruri işlərin aparıldığını və istehsal xətlərinin qurulduğunu qeyd etdi.

Qeyd edək ki, müxtəlif kənd təsərrüfatı məhsullarının yetişdirildiyi ərazilər əvvəllər əkin üçün tam yararsız olub. Hazırda isə “Azərsun Holdinq” tərəfindən burada, nasosxanalar, süni göllər, pivotlar və digər müasir suvarma sistemləri yaradılıb.

Gülnarə ƏMİRQIZI

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »