Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni dərman meduzaların zəhərini zərərsizləşdirəcək

Sidney universitetinin (Avstraliya) tədqiqatçıları hazırladıqları yeni dərman sayəsində Yer üzündə ən zəhərli heyvanlardan biri sayılan, meduzaların sancmasının asanlıqla müalicə olunacağının mümkünlüyünü bildiriblər. Bu barədə "The Guardian" xəbər verir.

"Bizimyol.info" xəbər verir ki, alimlərin dediyinə görə meduza sancması şiddətli ağrılar verir, dəridə çürümə yaradır, əgər zəhərin dozası böyükdürsə, bir neçə dəqiqədən sonra ürək dayanmasına və ölümə səbəb olur. Bir ədəd canlı 60 nəfər insanı öldürməyə qadirdir.

Genlərin redaktə edilməsi metodikasının köməyi alimlər "molekulyar maddə" yaratdılar ki, 15 dəqiqə ərzində xəstəyə vurulduqda dəridə yaranan prosesi dayandırır və yaranın qapanmasına səbəb olur.

Tədqiqatçılar hüceyrələrin bir neçə milyon insan genini təhlil etdərək hər birinin ayrı-ayrı hüceyrələrə ayırıblar, sonra həmin genlərə meduza zəhəri vuraraq müşahidə aparab hansı hüceyrələrin yaşaya bildiyini aşkarlayıblar.

"Bu hər bir zəhərə qarşı işlədiləcək ilk molekulyar tədqiqatdır ki, hansı tip zəhəri necə işlədiyini və maddənin o zəhərlərə necə təsir etdiyi öyrənilib", - deyə tədqiqatın aparıcı müəllifi Raymond Lau bildirib.

Mütəxəssislər aydınlaşdırıblar ki, preparat vuruldurdan sonra dəridə qızarmanın və ağrıların qarşısını alır. Onun ürək dayanmasının qarşısını ala biləcəyi hələlik məlum deyil. Məhlulun siçanlar üzərində aparılan sınağı göstərib ki, bu insanlar üçün də təhlükəsizdir.

Son xəbərlər
Bütün xəbərlər »