Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın Türkiyəyə səfər edəcəyinə dair açıqlama yayıldı

Prezident administrasiyasındakı mənbələr, "ABŞ Prezidenti Donald Trampın Türkiyə səfəri məsələsində İyul və ya alternativ tarixlər üzərində çalışırıq", - açıqlaması verib. Bu barədə "Habertürk" məlumat verib.

"Bizimyol.info" xəbər verir ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında ötən gün telefon danışığı baş tutub.

Prezidentlərin telefon danışıqları barədə verilən xəbərdə, ölkə başçılarınin S-400-lər məsələsi və Suriyanın şimalı ilə əlaqədar son vəziyyətin müzakirəsi ilə yanaşı Trampın Türkiyə səfərinin də gündəmdə olduğu barədə məlumatlar yer alıb.

Tarixinin müəyyənləşməsi üzərində razılaşmalar aparılan, gerçəkləşməsi gözlənilən mərasim Trampın Türkiyəyə ilk səfər olaraq bilinəcək. İngiltərə Kraliçası Elizabetin dəvət etdiyi ABŞ Prezidenti Donald Trampın İyun ayında Londona gedəcəyi, İngiltərə görüşlərindən sonra növbəti dayanacağının Fransa olacağı barədə məlumat verilib.

Trampın 6 iyunda İkinci Dünya Müharibəsinin dönüş nöqtələrindən biri olan alman qoşunlarının "Normandiyadan Çıxarması"nın 75-ci ildönümü səbəbilə Fransaya gedərək Prezident Emmanuel Macron ilə bir arada olacağı bildirilib.

Bu səbəblə Trampın İngiltərə və Fransa səfərlərini həyata keçirdiyi tarixlərdə Türkiyəyə səfərnin də nəzərdə tutulan marşrut qrafikinə salınacağı güman edilir.

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »