Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada deputat qız qaçırdı

İnquşetiya Xalq məclisi deputatı, "Vahid Rusiya" fraksiyasının üzvü, evlənmək istədiyi qadını qaçırıb. Bu barədə "İnterfaks" xəbər verir.

"Bizimyol.info" xəbər verir ki, Agentliyə məlumat verən mənbənin sözlərinə görə, hadisə regionun Malqobek şəhərində baş verib. Oğurlanan qadın Malqobek rayon mərkəzi xəstəxanasının baş həkimi olub.

Bildirilir ki, respublika ağsaqqalları vəziyyəti nizama salmağa çalışırlar. Ağsaqqallar gənclərin ailə qurması üçün mayın 2-nə toy mərasiminin keçirilməsi barədə tərəflər arasında razılıq əldə ediblər.

Mərkəzi məscid şəriət qanunlarına uyğun olaraq, Deputatı 200 min rubl məbləğində cərimə ödəməyə məcbur edib. Onun tərəfdaşları 100 min rubl ödəməli olacaqlar, əks halda onlar tayfa tərəfindən uzaqlaşdırıla bilərlər. Bu pulların isə imkansız şəxslərə xeyriyyə məqsədi ilə verilməsi nəzərdə tutulur.

Qız qaçırma ənənəsi Şimali Qafqazda 1990-ci illərin əvvəllərində artmağa başlayıb. Zamanında İnquş parlamentinin deputatları bu ənənəyə qarşı dəfələrlə çıxış edib. 2017-ci ildə, Dövlət Dumasına qız qaçırmağa görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi də daxil olub. İnquşetiyanın rəhbəri Yunusbəy Yevkurov bu qanunun qəbul edilməsi təşəbbüsü ilə çıxış edərək bildirmişdi ki, adam oğurluğu ilə bağlı cinayət məsuliyyəti federal qanunvericilikdə də nəzərdə tutulub.

Son xəbərlər
Bütün xəbərlər »