Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Xaos Tanrısı” adlanan nəhəng asteroid Yerə yaxınlaşır

Yer kürəsini az təhlükə gözləmir. Məsələn, milyon illər əvvəl planetə asteroid düşməsinin böyük fəsadları olmuşdu.

Bizimyol.info xəbər verir ki, yenə belə bir təhlükə var. “Xaos Tanrısı” adlanan asteroid Yerə yaxınlaşır. Amma elm adamları göy cisminin bizə zərər vurmayacağını bildirir. Asteroidin Yerə düşməyəcəyi, 30 min kilometr aralıdan keçəcəyi proqnozlaşdırılır.

Rəsmi adı “Apofis” olan kosmos sakininin eni 335 metrdir. Yer kürəsinə 2029-cu ildə ən yaxın məsafədə olacaq.

Planet Müdafiəsi Konfransı alimləri artıq asteroidin Yerin ağırlığına təsirini, onu öyrənmək potensialnıı və uçuşun trayektoriyasını müzakirə etməyə başlayıblar.

“Apofis” ilk dəfə 2004-cü ildə ABŞ-dakı Arizona rəsədxanasından müşahidə zamanı aşkar edilmişdi.

Son xəbərlər
Bütün xəbərlər »