Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni prezident gələn kimi Ukraynada qazın qiyməti endirildi

Özünə yeni prezident seçən Ukraynada qazın qiyməti aşağı salınıb. Bu gündən ukraynalılar təbii qaza görə daha az pul ödəyəcəklər.

Bizimyol.info xəbər verir ki, “Naftoqaz” yeni tarif müəyyənləşdirib. 1000 kubmetr üçün 8250 qriven (təxminən 312 dollar) ödəmək lazım gələcək. Bu qiymət əvvəlkindən 300 qriven aşağıdır.

Qazın qiyməti baş nazir Vladimir Qroysman və “Naftoqaz”ın rəhbəri Andrey Kobolevin də iştirak etdiyi iclasda aşağı salınıb. Halbuki Qroysman bir müddət əvvəl “Naftoqaz”a qiyməti qaldırmaq üçün müraciət etmişdi. Görünür, ölkəyə yeni prezidentin seçilməsi situasiyanı dəyişib. İndi Qroysman deyir ki, gələcəkdə də qiymət endirilə bilər.

Son illər ardıcıl bir neçə dəfə Ukraynada təbii qazın qiyməti qaldırılıb. Əsasən Beynəlxalq Valyuta Fondunun tələbi ilə belə addım atılırdı. Əks halda, fond Ukraynaya kredit ayırmaqdan boyun qaçırırdı.

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »