Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vahid Əhmədovdan qaz açıqlaması: "İnsanlar əziyyət çəkirdi"

Qazın limitinin 1700 kubmetrdən 2200 kubmetrə qaldırılması müsbət və əhəmiyyətli addımdır.

Bu, son aylar daha da geniş vüsət alan islahatlar siyasətinin tərkib hissəsidir.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, qazın limitinin 1700 kubmetr həddində olması bəzən insanlar, vətəndaşlar, xüsusilə, nisbətən imkansız təbəqədən olanlar və həyət evlərində yaşayanlar üçün çətinlik yaradırdı.

“Bildiyiniz kimi, limit 1700-lük həddi keçəndən sonra qiymət, tarif dəyişirdi və bu da insanların güzəranına, yaşayışına, maddi durumuna ciddi təsir edirdi.

İnsanlar bundan əziyyət çəkirdi. Onu da qeyd etmək istərdim ki, bu məsələ ilə bağlı tez-tez vətəndaşlar tərəfindən bizə, millət vəkillərinə də müraciət olunurdu. Hətta bir neçə ay öncə mətbuata açıqlamalarımdan birində də bu məsələni dilə gətirmişdim.

Eyni zamanda, deputat həmkarlarımız, o cümlədən, Fazil Mustafa bu məsələni parlamentin son iclasında qaldırdı və problemin həlli istiqamətində addımların atılmasının vacibliyini vurğuladı.

Çox yaxşı və müsbət haldır ki, bizim səsimiz eşildi, hər kəsi narahat edən məsələyə əl qoyuldu” - deyə, V. Əhmədov sözlərinə əlavə edib.

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »