Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mayın 2-nə hava proqnozu açıqlanıb

Sabah - mayın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 20-25, Bakıda gecə 13-15, gündüz 24-26 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz olacaq.

Rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq rayonlarda lokal qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› Məhkəmə Robert Koçaryanı Moskvaya buraxmadı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
Son xəbərlər
Bütün xəbərlər »