Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlhamə Quliyevanın 200 min dollar verdiyi məşhur: Qorxudan evdən çıxmırdıq

"Orxanın toyunda Əli Mirəliyev orada yox idi. İlhamə Quliyeva "Şərəf ordeni" aldı. Onun üçün bir tədbir etdi. Gördünüz orada Əli Mirəliyevi? Mən şəxsən 16 ildə onu İlhamə xanımın həndəvərində belə görməmişəm. Bu gün Əli Mirəliyev medianın yaratdığı bir "person"dur. O vaxt İlhamə Quliyeva 200 min dollar vermişdi sizə. Onda niyə Əli Mirəliyevə vermirdi saxlasın, apardı Flora Kərimovanın qohumuna (Cavanşir Məmmədov) verdi bu pulu. Niyə Flora Kərimovanın qohumuna 200 min dollar verdi, amma öz doğma qohumuna vermədi bu pulu saxlamağa?"

Əli Mirəliyev Əli Mirəliyev

Milli.Az xəbər verir ki, bu sözləri "Hər şey daxil"in aparıcısı Tarix Əliyev (Tolik) Əli Mirəliyevin İlhamə Quliyevayla bağlı son çıxışını şərh edərkən deyib.

Tarix Əliyev Tarix Əliyev

Tolikin "200 min dollar" söhbətini əməkdar artist Cavanşir Məmmədov təsdiq edib:

"200 min pul məndə iki ay qaldı. O evdən biz bayıra çıxmadıq ki, birdən yanğın olar, oğru gələr, əmanətdir. Evdən iki ay nə uşaqlar, nə yoldaşım heç bir yerə getmədik".

Cavanşir Məmmədov Cavanşir Məmmədov

Xatırladaq ki, Əli Mirəliyev özünü mərhum xalq artisti İlhamə Quliyevanın taxt-tacına namizəd görənlərə "Nə qoyub, nə axtarırsınız, ay bədbəxtlər? İlhamənin yeri sizlik deyil, o yer boş qalacaq. Heç kim İlhamənin addımını ata bilməz. Nə gəldi oxuyurlar, nə gəldi deyirlər. Belə olmaz... Gic xəyallara düşən insanlar, İlhamə Quliyeva illərini verib bu sənətə. Hər kəs öz işi ilə məşğul olsun. O yerdə yalnız bir şəxs əyləşə bilər, o da Flora Kərimovadır. Çünki onun haqqı var və o, Azərbaycanda çox böyük müğənnidir. Mən onu nömrə 1 sayıram. İlhamə də nömrə 2 idi" sözləri ilə sərt reaksiya vermişdi.

Paylaş »
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Təkbaşına bütün İngiltərə ilə döyüşən və dövlət quran adam...
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Sosial şəbəkələrdə videosu yayılan qazi ilə bağlı rəsmi açıqlama - Video
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› “Paşinyan Ərdoğanla görüşüb müxtəlif vədlər verməklə vaxt qazanmaq istəyir”
››› “Ərdoğanın Moskva səfəri regiondakı gərginliyi azalda bilər”
Son xəbərlər
Bütün xəbərlər »