Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təqaüdçü “qaz”la əyləcin yerini səhv saldı, ticarət mərkəzini dağıtdı - Foto

Almaniyanın Hamburq şəhərində avtomobil qəzasından sonra ticarət mərkəzinin girişi sıradan çıxıb. İlkin məlumata görə, 9 nəfər xəsarət alıb.

Bizimyol.info xəbər verir ki, qəzaya 78 yaşlı təqaüdçünün ehtiyatsızlığı səbəb olub. Kişi sürücü “qaz”la əyləcin yerini səhv salıb. Buna görə də avtomobil tam sürətlə ticarət mərkəzinə daxil olub. Şüşə qapı sıradan çıxıb, içəridə xeyli ey dağılıb. Yalnız eskalator avtomobili saxlaya bilib.

“Qaz”la əyləcin yerini səhv saldı, ticarət mərkəzini dağıtdı Foto: mopo.de

Hadisə yerinə polis və xilasedicilər gəlib. Ticarət mərkəzi tam boşaldılıb. Təqaüdçü özü də xəsarət alıb.

Son xəbərlər
Bütün xəbərlər »