Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda qadın uşağını vəhşicəsinə döyüb: evə gec gəlibmiş - Fotolar

Bakıda uşağın valideyni tərəfindən döyüldüyü barədə xəbər yayılıb. Evə gec gəldiyi üçün anası tərəfindən döyüldüyünü iddia edən uşaq sığınacağa yerləşdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağından məlumat verilib.

Bildirilib ki, uşaq dünən axşam saatlarında sığınacağa qəbul edilib: “Uşağın bütün bədəni gömgöydür. Özünün dediyinə görə, anası tərəfindən döyülüb. Səbəb olaraq bildirib ki, dostları ilə oynadığı üçün evə bir qədər gec saatda gəlib. Anası isə buna əsəbiləşərək uşağı möhkəm döyüb. Sağ gözünün altı yaxşı vəziyyətdə deyil.

Uşaq bizə deyir ki, bu hadisə ilk dəfə yaşanmır. Dediyinə görə, anası daha əvvəl də onu müxtəlif səbəblərdən, dərslərdən aşağı qiymət aldığı üçün, sözündən çıxdığı üçün möhkəm döyüb”.

Uşağın anasının sığınacağa müraciət etdiyi də qeyd olunub: “Anası ilə əlaqə saxlanılıb. Lakin biz bildirdik ki, yalnız polis əməkdaşları ilə sığınacağa yaxınlaşa bilər. Biz uşağın dedikləri barədə hüquq-mühafizə orqanlarına da məlumat verəcəyik. Uşaq o qədər qorxub ki, evə getmək istəmədiyini deyir”.

Hadisənin təfərrüatı araşdırılır.

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »