Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün nazir qoydular, sabah arvadına görə işdən çıxardılar - Foto

Estoniyada informasiya texnologiyaları və xarici ticarət naziri təyin olunan Marti Kuuziki ertəsi işdən kənarlaşdırıblar. Prezident Kersti Kalyulayd bir sutka sonra onu vəzifədən uzaqlaşdırıb.

Bizimyol.info xəbər verir ki, dövlət başçısı baş nazir Yuri Ratasanın təklifini nəzər alıb. İş orasındadır ki, dünən yeni nazirə qarşı cinayət açılıb. O, həyat yoldaşına illərlə mənəvi və fiziki terror tətbiq etməkdə ittiham olunur. Virus dairə prokurorluğunun məlumatına görə, fiziki güc tətbiqetmə maddəsi ilə cinayət işi başlanıb. Kuuzik işi ona qarşı informasiya əməliyyatı adlandırıb.

Marti Kuuzik Marti Kuuzik

Maraqlıdır ki, nazirin həyat yoldaşı faktı inkar edir. Karin Kuuzik deyir: “Əvvəllər də jurnalistlərə demişəm, Marti mənə qarşı heç vaxt güc tətbiq etməyib. Qolumun sındığı hər iki insident bədbəxt hadisənin nəticəsidir. Martinin heç bir günahı yoxdur”.

Marti Kuuzik Estoniyanın yeni hökumətinə daxil idi. Nazir bazar ertəsi andiçmədən sonra işə başlamışdı. Maraqlıdır ki, Kuuzik and içəndə Estoniya prezidenti zalı tərk etmişdi.

Paylaş »
››› Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› 20 qəpiklik maska 50 qəpiyə: Qayğı, yoxsa fürsət...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Bakını yağış suları aparır: 14 il də dözün, düzələcək...
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
››› “Əks-hücumu dayandırsaydıq, Qarabağın işğalı daha 30 il davam edəcəkdi”
Son xəbərlər
Bütün xəbərlər »