Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Heyvanlar aləmində insanın ən yaxın qohumu açıqlandı: 96 faiz eynilik

Bir müddət əvvəl elm adamları şimpanzenin jest dilini araşdıranda insan nitqinin xeyli əlamətlərini aşkar etmişdilər. Bu onu deməyə əsas verir ki, şimpanze təkamül tarixində insana ən yaxın növdür. Ümumi əcdadımız 6 milyon il əvvəl yaşayıb.

Bizimyol.info xəbər verir ki, hələ 1960-cı ildə bioloq Ceyn Qudoll şimpanzeləri Tanzaniyada təbii mühitdə müşahidə edəndə bu fikrə gəlmişdi. O, meymunların budaqları necə qırdığını, yarpaqları necə təmizlədiyini görmüşdü. Yalnız insanlar özünü bu cür apara bilərdi.

Cəngəllikdə şimpanzelərə yaxın yaşayan Qudoll xeyli maraqlı müşahidələr apara bilmişdi. Məsələn, məlum olmuşdu ki, bu meymunlar heç də ətdən imtina etmir. Əksinə, qədim insan kimi tayfa halında ova çıxır. Daha çox meşə qabanlarını və kiçik məməliləri ovlayırlar. Sonra isə ovu öz aralarında bölürlər.

Şimpanzelər cəmiyyət halında yaşayır, ailə qururlar. Ana və bala arasında çox böyük mənəvi bağ var. Övlad tərbiyəsi təxminən beş il sürür. Bacı və qardaşlar bir-birini tanıyır, qəbul edir.

Onlar başqa növlərə həssas yanaşır. Məsələn, başqa növün balaca nümayəndəsini himayəyə götürə bilirlər. Şimpanzelərin hətta pişikləri yedizdirdiyi də müşahidə olunub.

Meymuin və insan Foto: Pixabay.com

2005-ci ildə şimpanzelərin DNT analizi də həyata keçirilmişdi. Onların insanlarla, demək olar, eyni olduğu üzə çıxmışdı. Hətta qorilla və oranqutan DNT-si ilə daha çox fərq var, nəinki insanla. Bu onu göstərir ki, ortaq əcdadımız var. Genlərimiz 96 faiz oxşayır.

Paylaş »
››› İki oğlu şəhid olan ananın şikayətinə cavab gəldi
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› “Yardımlının axundunu rayonda tapmaq olmur”
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »