Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusları “Krım Ukraynanındır” deməyə məcbur etdilər

Çexiyada bir otel ruslara xidmət göstərməkdən imtina edib. Otel onların qarşısında “Krım Ukraynanındır” deməyi şərt kimi qoyub.

Bizimyol.info xəbər verir ki, hadisə 2014-cü ildə baş verib. “Brioni Boutique Hotel” belə bir tələb irəli sürmüşdü. Ostrava şəhərində otelin rus qonaqları xidmət üçün “Krım Ukraynanındır” şərti ilə üzləşmişdi. Sonra onlardan bəzisi yazılı formada yarımadanın Ukraynaya məxsus olmasını etiraf edərək, xidmət görmüşdü.

Aktuálně.cz portalının yazdığına görə, Çexiya Konstitusiya Məhkəməsi otelin sahibini haqlı tərəf sayıb. Bundan əvvəl məhkəmə “Brioni Boutique Hotel”in administrasiyasını 5000 kron (təxminən 230) cərimə etmişdi. Amma indi tamam əks qərar çıxarılıb. Konstitusiya Məhkəməsi hesab edir ki, otel heç bir nifrət nümunəsi göstərməyib, sadəcə, Rusiyanın haqsız siyasi addımına etiraz ifadə olunub.

Hakim Voytex Şimiçek deyib ki, Krımın Rusiyanın tərkibinə keçirilməsi beynəlxalq hüquq normalarının pozulmasıdır və otel sahibinin emosional davranışı Çexiyanın xarici siyasəti ilə üst-üstə düşür. Bundan başqa, onun neytral siyasi mövqedən imtina haqqı var.

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Bakı əhalisinin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
››› Azərbaycanda təhsil müəssisəsində növbəli iş rejimi tələbi ləğv edilib
Son xəbərlər
Bütün xəbərlər »