Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sürücülərin nəzərinə
Bu gündən başlayaraq avtomobillərdə jalüzlərin istifadəsinə icazə verilib.

Qafqazinfo xəbər verir ki, mayın 1-dən etibarən ölkə ərazisində idarə olunan minik avtomobillərinin arxa sağ-sol qapı şüşələrinə sənaye üsulu ilə hazırlanmış, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən müəyyən edilən standartlara cavab verən jalüzlərin istifadəsinə icazə verilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə hər il bununla bağlı xəbərdarlıq edir. Bildirilir ki, havaların isti keçməsindən istifadə edən bəzi sürücülər avtomobilin arxa yan şüşələrində buqələmun, güzgü və müxtəlif rəng çalarlarından istifadə etməyə üstünlük verir ki, bu da yolverilməz haldır. Burada söhbət yalnız standartlara uyğun və sənaye üsulu ilə hazırlanmış jalüzlərin istifadəsindən gedir.

Tələbləri pozan sürücülər 150 manat məbləğində cərimə olunacaq. Jalüzlərdən istifadə 15 noyabr tarixinə qədər qüvvədə olacaq.

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› Sabah hər kəs eyvanından bayraq assın...
››› Bakının bəzi yerlərində evləri yağış suları basıb
Son xəbərlər
Bütün xəbərlər »