Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu yerləri bir də belə görün: Xızı səfəri və gördüklərimiz - Fotolar

Biz, bir neçə dost hər həftə sonu doğma vətənimizin bir guşəsinə gedərək, orda olan tarixi və təbiət abidələrini təhqiq edir, yerlərini təyin edir, vəziyyətinə nəzər yetirir, paralel olaraqda iş həftəsinin stressini, yorğunluğunu çıxarırıq. Bu səfərlərimiz maraqlı olduğu kimidə bəzəndə təhlükəli olur (qışda çoban itlərinin, yayda ilanların hücumları, mobil rabitənin tutmadığı yerlərdə palçıqda batmaq təhlükəsi və s.).

Səfərlərimiz təsvir edib paylaşaraq, vətənimizin maraqlıguşələri haqqında geniş oxucu auditoriyası ilə bölüşmək istədik.

Son səfərimiz Xızı rayonu ərazisinə oldu. Əslində, ilkin planımızda başqa istiqamət idi. Planda Beşbarmaq piri və ətrafları idi.

Beşbarmağın ətəyində yerləşən Beşdam kəndinə çatıb ətrafı təhqiq etməyə başladıq. Kəndin ortasında içərisində mağara olan böyük bir daş qaya durur.

Foto: Üzeyir Mikayıl və Faiq Nəsibov

Mağarada yerli sakinlər davar (qoyun-quzu) saxlayır. Təəssüf ki, mağaranın qabağına bağlanmışçoban iti bizə içəri girməyə imkan vermədi. Əraziyə dağılan qaya parçaları çox dağınıq olmasına görə ərazinin qədimliyi haqqında hər hansı bir dəqiq fikir söyləmək olmurdu. Vaxt itirməmək üçün yola düzəldik. Yolumuza bitişik olan yolda “Pir baba” yazılan işarəni gördük və bu piri tapmağı qərara aldıq.

Yerli sakinə - çobana rast gəldik, “Pirbaba”-ya necə gedəcəyimizi və bu pirin nə piri olduğu ilə maraqlandıq. Yerli bu pirin Şeyx Heydərin türbəsi olduğunu söylədi. Bu türbəyə getməyi çoxdan planlaşdırırdıq.Azərbaycan oğlu, sərkərdə Şah İsmayılın atası, Şeyx Cüneydin oğlu Şirvanşah Fərrux Yasarla döyüşdə şəhid olmuş və oğlu Şah İsmayılın Şirvana hücümu və birməşdirib, ata qəbri üzərində türbə tikdirənə kimi şəhid düşdüyü yerdə gizli olaraq basdırılan Şeyx Heydərin məzarı.

Qərara aldıq ki, Beşbarmaq istiqamətini sonraya saxlayaq. İndi isə Xızını və Şeyx Heydərin türbəsini ziyarət edək.

Foto: Üzeyir Mikayıl və Faiq Nəsibov

Yolumuza davam etdik. Getdikcə hündürlük artır, ətrafda gözəl mənzərə açılırdı. Bir birindən gözəl güllər çiçəklər, nəğmə ötən quşlar, insanın ruhuna sakitlik və rahatlıq gətirirdi.

Bu sakitlik və rahatlığı artan yoxuş və enişlər pozurdu. Yol getdikcə yararsızlaşırdı. Dağlıq ərazidə torpaq yol daimi sabit olmur, ara sıra təhlükəli döngələr, çalalara rast gəlinir. Bu əraziyə bir neçə gün öncə qar yağmışdır və yolların bəzi hissələrı palçıqdan keçilməz oldu. Bir xeyli gedəndən sonra yolda bir neçə dəfə yaşayış məskənləri xarabalıqlarını gördük. Axrıncı dəfə Səraqut kəndi yaxınlığında olan xarabalığa rast gəldik və oradan açılan mənzərələri çəkdik. “Studiya” deyilən yerin(mobil və TV operatorlarınınantenaları) yanından aşağı döndük və artıq Xızı rayonu ərazisində olduğunu anladıq.

Foto: Üzeyir Mikayıl və Faiq Nəsibov

Bir az irəli gedib, xatirə bulağına rast gəldik və yanında dayanıb dincəlməyi qərar aldıq.

Foto: Üzeyir Mikayıl və Faiq Nəsibov

Bizəyaxınlaşan UAZ markalı maşın sürücüsü pirə getməyimizin təhlükəli olduğunu bildirdi. Palçıq hələ qurumayıb və yollarınçox pis vəziyyətdə olduğunu dedi. Getdiyimiz marşrut isəyoxuş-enişi olduğuna görə maşınınız palçıqda bata bilər.

Vəziyyəti müzakirə etdik və qərara aldıq ki, yerli sakinin məsləhətinə qulaq asıb piri daha sonrakı vaxta, yollar daha quru olanda ziyarət edərik. İndi isə Tıxlı kəndindən keçərək yollandıqAltıağac ərazisinə.

Altıağac milli parkına çatmamış yolun solunda bir qəbiristanlıq var. Ərazisində adı və tarixi bilinməyən pir yerləşir.

Foto: Üzeyir Mikayıl və Faiq Nəsibov

Əslində pirin məzarı qəbiristanlığın başqa yerində olub lakin təzəlikcə yanında yeni bir türbə tikilib və pir kimi ziyarət olunur. Türbənin qarşısına qədim qəbiristanlıqdan yığılan erkən orta əsr dövrünə aid məzar üstü daşları – sənduqələr qoyulub. Qəbir daşlarının üstündə Şirvanşah memarlıq məktəbinin izləri açıq aşkar görünür.

Foto: Üzeyir Mikayıl və Faiq Nəsibov

Sənduqələr üzərində olan tağ və işarələrə Azərabaycanın şərq hissəsində geniş yayılmış Şirvanşah memarlıq abidələrində də rast gəlmək olar. Təzəlikcə yeri dəyişilmiş pirdə ehtimal olunurki elə Şirvanşah dönəmi mühim adamların məzarından olub.

Foto: Üzeyir Mikayıl və Faiq Nəsibov

Gözümüz yolun sağında təpənin uçulmuş yamacından görünən xüsusi düzülüşdə yastı daşlara rast gəldi. Ərazidən yeni yol genişləndirəndə təpənin yamaçı kəsilmişdir və qədim qeyri adi məzarlar aşkar olunmuşdur. Təpənin yamacına qalxdıqcasıra ilə düzülmüş daş qutuları və sümükləri görmək olar.

Məzarlar inanılmaz dərəcədə kiçik ölçülüdür. Uçulmuşlarının yanından keramika qalıqları və sümük fraqmentləri aşkar edilməsəydi bunların məzar olduğunu təsəvvür etmək çətin idi.Dağılmaq üzrə olan bu abidələrin geniş təhqiqat və qorunmaya ehtiyyacı var.

Yolumuza davam etdik. Bir az irəlidə, daha bir abidə, Altıağac Milli Parkının girişinə yaxın XIX əsrə məxsus və hal hazırda istifadə olunmayan dəyirmana rast gəldik. Bir otaqdan ibarət olan dəyirman sal daşından inşa edilib.

Dəyirman çay suları vasitəsi ilə hərəkətə gatirilib və bir neçə dəfə təmir edilib. Lakin hal hazırkı vəziyyəti, ürək açan deyil. Damı çöküb, divarlar isə hər an uçmaq təhlüskəsi ilə üzləşib. Abidənin üzərində onun XIX-əsrə məxsus olmasından başqa mötərizə içində obyektin təyinatı, Dəyirman sözündən başqa heç bir məlumat yox idi.

Foto: Üzeyir Mikayıl və Faiq Nəsibov

Ərazini ürək ağrısı ilə tərk etdik. Dəyirman çox gözəldir və onun təcili bərpasına ehtiyacı var.

Bir az dincələndən sonra geri qayıtmağa qərar verdik. Yolumuz boyunca dahi şairimiz Müşfiqlə salamlaşdıq və təbiətimizin əsrarəngiz gözəllikləri olan Xızının rəngli dağlarının cazibəsinə dayana bilməyib, bu tarixi anı yaddaşa yazmaq istədik.

Foto: Üzeyir Mikayıl və Faiq Nəsibov

Bu ərazilər vaxtilə dəniz altında olub. Müxtəlif çöküntülər nəticəsində rəngli zolaqlar əmələ gəlib. Bu zolaqlı çöküntülərdə ətrafa dağılmış qədim canlılarınqılıqlarını da tapmaq mümkündür.Qədim canlıların biridə Belemintelladır.

Foto: Üzeyir Mikayıl və Faiq Nəsibov

Molyusklara aid olan nəsli kəsilmiş Belemintella indiki kalmarlar və karakatiçaların əcdadı sayılır. O, təxminlə 80-65 milyon il bundan öncə, yuxarı Təbaşir dövründə yaşamışdır.Kiçik ölçülü və güllə mərmisinə bənzər daşlaşmış – kristallaşmış qalıqları 6-7 sm-dən uzun olmur.Bəli, inanilmaz olsada vətənimizdə belə qədim canlıların qalıqlarından bir çox soydaşımızın xəbəri yoxdur.

Ərazidən xatirə olaraq bir neçə Belemintella qalığını yığıb bizim Xızı səfərimizi bitirdik.

Üzeyir Mikayıl və Faiq Nəsibov,

27 Aprel 2019

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »