Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan BƏƏ, İran və Çinə ət ixrac edəcək
Xaçmazda ölkənin ən böyük ət kəsim müəssisələrindən biri inşa edilir.

Oxu.Az-ın Şimal bölgəsi üzrə müxbirinin xəbərinə görə, yeni tikilən müəssisə gündəlik 400-500 baş xırdadırnaq, 300 baş isə iribuynuzlu heyvanın kəsimini və çeşidləməsini aparmaq gücünə malik olacaq.

5 ay öncə tikintisinə başlanılan kəsim məntəqəsində heç bir tullantı olmadan satış həyata keçiriləcək.

ISO standartlarına cavab verən kəsim məntəqəsi üçün avadanlıqlar Türkiyə, Almaniya və Avstraliyadan gətirilir. May ayının sonlarından etibarən, müəssisə İran, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çinə ət və ət məhsulları ixrac edəcək.

İlkin olaraq, müəssisədə 50 nəfər əməkdaşın çalışacağı bildirilir.

Sözügedən müəssisənin işə başlaması yol kənarında antisanitar formada ət kəsiminin də qarşısını alacaq. Artıq sahibkarlar kəsimi sözügedən müəssisədə aparacaqlar.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› “Lavrovun Bakı səfərində bu məsələ aktual olacaq” - Bir neçə diversantın azad olunması reallaşa bilər
Son xəbərlər
Bütün xəbərlər »